RU

"Paşinyanın "sərhəd" səfərlərində məkrli planlar var" - deputat Abramyan

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan bütün açıqlamalarında hökumətin danışıqlar aparmağa, erməni maraqlarını təmsil etməyə hazır olmaığını vurglayıb. T.Abramyan iddia edir ki, guya razılaşdırılmış 8 kənd Ermənistanın “ərazi bütövlüyü”nə daxildir və onların təhvil verilməsi yalnız referendum yolu ilə həyata keçirilə bilər.


Adalet.az
xəbər verir ki, Abramyan sosial şəbəkə hesabında bir daha fikirlərini təsdiq edən status paylaşıb. O yazır:

“Hökümət qondarma sərhəd tənzimləmələrini “havada” buraxdıqdan və birtərəfli güzəştlərə getdikdən sonra Tavuşa təhvil verilən istiqamətlərə müxtəlif qruplarda səfərlər edir.



Təslim olmağı, çökdürməyi, güzəşti qələbə kimi təqdim etmək və bunu sanki erməni xalqına böyük bir yaxşılıq etmiş kimi şövqlə etmək hökümətin həyata keçirdiyi ənənəvi texnikadır".
Abramyan bunun belə təşkil olunmasında yenə höküməti günahlandırıb:" Hətta o fonu yaradacaq simalar belə təsadüfi seçilmir, komminist düşüncəli uniformalılardan tutmuş, nüfuzdan düşmüş personajlara qədər.
Bütün bunları süzgəcdən keçirəndə geriyə torpağı, mülkünü, təhlükəsizliyini,  itirmiş insanlar və aldadılmış cəmiyyət qalır”.


Qeyd edək ki, Paşinyanın son günlər dematkasiya və delimitasiya prosesi gedən ərazilərə səfəri bəzi müxalifət fraksiyasının üzvlərini bərk narahat edir. Onlar düşünür ki, Paşinyan 1990-cı illərdə ermənilərin qanunsuz şəkildə işğal etdikləri əraziləri deyil məhz Ermənistana məxsus əraziləri Azərbaycana təhvil verir. 1813-1828-ci ilə qədər hazırkı Ermənistan ərazilərində bir ovuc hay olmadığını unudan erməni rəsmilərinin böyük çoxluğunun narahatçılığı başa düşülən deyil. Onlar hətta düşünür ki, Paşinyanın Tavuşa, xüsusən Zəngəzura səfəri respublikanı referendum prosesinə hazırlamaq məqsədi daşıyır.
Müxalifət fraksiya üzvlərinin fikirlərini dilə gətirən deputat açıqlamasında deyib:
“Məsələ ondadır ki, Azərbaycanla əldə olunan razılaşmaya əsasən, Ermənistan hökuməti daha 4 kəndi Azərbaycana təhvil verməyə hazırlaşır. Söhbət Kərki, Tavuşda isə Sofulu, Bərxudarlı və Yuxarı Əskipara kəndlərindən gedir”.

 Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
50
adalet.az

10Источники