RU

Mahir Emrelinin “Dinamo”nun təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub

Mahir

Bakı, 8 iyul, AZƏRTAC

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun təlim-məşq toplanışından kənarda qalmasının səbəbi bəlli olub.

AZƏRTAC xəbər verir ki, 27 yaşlı hücumçu zədəli olduğu üçün Zaqreb təmsilçisinin Avstriyadakı hazırlıq prosesində iştirak etməyəcək.

Milli komandanın heyətində Qazaxıstana qarşı keçirilmiş matçda (3:2) ayağı burxulan forvard yaxın günlərdə MRT müayinəsindən keçiriləcək.

“Dinamo”dakı gələcəyi sual altında olan futbolçu hazırda bir neçə klubla danışıqları davam etdirir.

Qeyd edək ki, Mahir Emrelinin Xorvatiya təmsilçisi ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
1
azertag.az

2Источники