RU

Fransada parlament seçkilərinin nəticəsi gözlənilməz olub

Hurriyyet.az xəbər verir ki, Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyası növbədənkənar seçkilərdə sol qüvvələrin "Yeni Xalq Cəbhəsi" adlı alyansı 182 mandat alaraq qələbə çalmaqdadır. Bu barədə məlumatı "Le Monde" nəşri  DİN-in ilkin hesablamalarına əsasən verib.  

İkinci yerdə 168 mandatla "Birlikdə respublika üçün" adlanan preident koalisiyası gəlir. Parlamenti aşağı palatasında böyüklüyünə görə üçüncü yeri 143 mandatla "Milli birlik" qüvvələri tutacaq.

Nəşrin yazdığına görə, "Respublikaçılar" parlamentin aşağı palatasında 45 yer tutublar.

Bundan başqa, Milli Assambleyanın yeni heyətində sağ və sol meylli müxtəlif kiçik qüvvələrin 39 təmsilçisi olacaq.

Beləliklə, Fransanın əsas siyasi qüvvələrindən heç biri mandatların mütləq əksəriyyətinə sahiblənməyib. Bu da yeni hökumətin qurulmasını çətinləşdirir.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
hurriyyet.az

1Источники