RU

Olland baş nazir postundan imtina etdi

Xəbər verdiyimiz kimi, Fransada keçirilən parlament seçkilərinin ikinci turunda solçu Yeni Xalq Cəbhəsi öndədir.

Axar.az xəbər verir ki, artıq yeni baş naziri YXC-nin təqdim edəcəyi gözlənilir. Fransanın sabiq prezidenti, ötən gün baş tutan seçkilərdə parlament deputatı seçilən Fransua Olland isə baş nazirliyə namizəd olacağını təkzib edib.

O bildirib ki, yeni seçilmiş Fransa parlamentinin aşağı palatasında mütləq çoxluğun olmaması onu göstərir ki, baş nazirin şəxsiyyəti deyil, parlamentin istədiyi siyasi rol önəmli olacaq.

Qeyd edək ki, ilkin nəticələrə görə, Fransada ötən gün baş tutan Milli Assambleya (parlamentin aşağı palatası) seçkilərinin ikinci turunda Yeni Xalq Cəbhəsi birinci, Makronun koalisiyası ikinci, sağçı Milli Birlik isə 3-cü yeri tutub. Siyasi qüvvələrdən heç biri mütləq çoxluğu (289 yer) əldə edə bilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
5
axar.az

6Источники