RU

“Bir ölkədə müxalif partiyaya maliyyə köməyi göstərən biznes adamı cəzalandırılırsa...”

“Qaldı ölkədə parlament seçkilərinin demokratik keçirilməsi üçün zəruri olan şərtlərə, bunun üçün ilk növbədə Qanunun Aliliyi, insanların konstitusyon hüquq və azadlıqları təmin olunmalıdır.  Siyasi müxtəliflik olmalıdır. Və həmin siyasi müxtəlifliyi təmin edən iqtisadi plüralizm də gərəkdir...”
 
“İstənilən müasir müstəqil dövlət üçün parlament seçkiləri son dərəcə ciddi əhəmiyyətə malikdir. Yalnız ona görə yox ki, parlament ali qanunverici orqan funksiyasını daşıyır. Həm də ona görə ki, parlament hakimiyyətin bir qanadı olaraq hakimiyyətin balanslaşdırılmasında da mühüm rol oynayır. Təbii ki, bu, yəni onun həmin balanslaşdırmaya nə dərəcədə təsir göstərməsi ilk növbədə parlamentin konkret dövlətlərdə konstitusiya ilə müəyyənləşmiş hüquqlarından asılıdır. Yəni bir balanslaşdırma və nəzarət funksiyasının həyata keçirilməsi üçün qanunverici orqan son dərəcədə mühüm rol oynayır. Və bu mənada da parlament seçkiləri bütün ölkələrdə çox vacib seçkilərdəndir”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Müasir müstəqil dövlət üçün parlament seçkiləri hansı önəmi daşıyır?” sualını cavablandırarkən siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib.
 
“Məsələn, parlament üsul odarəsi olan ölkələrdə bu, həlledici seçkidir. Prezident üsul idarəsi olan ölkələrdə parlament seçkiləri əhəmiyyətlidir. Birinci qədər olmasa da, öncə qeyd etdiyimiz səbəblərdən yenə də əhəmiyyətlidir. Və yaxud hakimiyyətin qanadları arasında dəqiq bölgüsü, onların bir-birini balanslaşdırma mexanizmləri olan ABŞ kimi ölkələrdə isə, parlament seçkiləri son dərəcə vacibdir. ABŞ-də deyək ki, Prezidentin Konqresə təsiri, Konqresin Prezidentə təsiri qarşılıqlıdır”, -deyə davamında analitik diqqətə çatdırıb.  
 
“Bəs seçkilərin gerçəkdən demokratik  keçirilməsi üçün ölkədə hansı amillərin təmin olunması vacibdir?” sualına isə ekspert belə cavab verib:
 
“Qaldı ölkədə parlament seçkilərinin demokratik keçirilməsi üçün zəruri olan şərtlərə, bunun üçün ilk növbədə Qanunun Aliliyi, insanların konstitusyon hüquq və azadlıqları təmin olunmalıdır.  Siyasi müxtəliflik olmalıdır. Və həmin siyasi müxtəlifliyi təmin edən iqtisadi plüralizm də gərəkdir. Yəni, tutaq ki, bir ölkədə müxalif partiyaya maliyyə köməyi göstərən biznes adamı cəzalandırılırsa və yaxud biznes adamı bilirsə ki, buna görə cəzalandırılacaq və o səbəbdən, ümumiyyətlə, siyasətdən kənar durursa,  siyasətə bu və ya digər dəstəkdən özünü təcrid edirsə, əlbəttə, orada heç bir azad və ədalətli seçki şəraitindən söhbət gedə bilməz. Bu, sadəcə, qeyri-mümkündür.  Belə ölkədə azad seçkini imitasiya etmək olar, onu hansısa şəkildə təqdim etmək olar, amma reallıq, əlbəttə, başqa cür olacaqdır...”
 
Sultan Laçın
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
38
moderator.az

1Источники