RU

“Parlament diplomatiyası get-gedə daha da aktuallıq kəsb edir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Azərbaycanda sentyabr ayının 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərinin keçirilməsi ölkəmizdə mühüm demokratiya hadisəsidir. Çünki hər bir demokratik dövlətin əsas atributlarından biri seçkili orqanlara seçkilərin keçirilməsi və hakimiyyət orqanlarının formalaşdırılmasıdır. Bu mənada şübhəsiz ki, Azərbaycan Respublikasının Milli Məclisi konstitusiya bölgüsünə görə, Azərbaycanda ali qanunverici hakimiyyətdir. Respublikamızda ali qanunverici hakimiyyət birbaşa ictimai münasibətlərin tənzimlənməsi üçün qanunların istehsalı prosesi ilə məşğul olur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ölkəmizin ictimai siyasi, mədəni, iqtisadi həyatının inkişaf dinamikasını nəzərə alaraq yeni çağırışlar kontekstində qəbul edilmiş qanunlara yenidən əlavə və dəyişikliklər edir: “Bu Azərbaycan Respublikasının Milli Məclisinin əsas funksiyalarından biridir və yeni formalaşacaq VII çağırış Azərbaycan Respublikasının Milli Məclisi də məhz öz fəaliyyətini əsas etibarilə sözügedən prinsiplər üzərində quracaq. Bundan başqa hazırda beynəlxalq münasibətlərdə çox intensiv və ardıcıl olaraq inteqrasiya prosesləri baş verir. Yeni dünya nizamının formalaşması kontekstində dövlətlərarası münasibətlərdə yeni diplomatik keyfiyyətlər tələb olunur. Bu mənada parlament diplomatiyası get-gedə daha da aktuallıq kəsb edir.

Digər tərəfdən seçkilərin keçirilməsi milli qürur hadisəsinə çevriləcək. VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ilk dəfə işğaldan azad olunmuş, suveren hüquqlarımızın bərpa olunduğu bütün ərazilərimizdə keçiriləcək. Bu səbəbdən seçkilər Azərbaycan parlamenti tarixində yeni və mühüm bir hadisə olacaq”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
48
1
sia.az

2Источники