RU

Bakı Fond Birjasının dövriyyəsi 2,3 dəfə artıb

Bakı Fond Birjasında (BFB) 2024-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 17 milyard 651 milyon 527 min manat təşkil etmişdir. Birjasda 2023-cü ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7 milyard 828 milyon 767 min manat təşkil etmişdi. Beləliklə, Birjanın dövriyyəsi bu il 2,3 dəfə artıb,

Bu barədə Marja.az BFB-nin statistikasına istinadən xəbər verir.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 64%, dövlət qiymətli kağızların ticarət həcmində isə 15%, repo əməliyyatları üzrə 226% artım qeydə alınıb. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 144% artım baş verib.

2024-cü ilin İyun ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 811 min manat təşkil etmişdir.

Избранный
115
8
marja.az

10Источники