RU

Fransada parlament seçkilərinin nəticələri Makronu məyus etdi

Fransa parlamentinin aşağı palatasına - Milli Assambleyaya seçkilərin ikinci turu keçiriləcək.

Solçu partiyaların "Yeni Xalq Cəbhəsi" (NPF) koalisiyası parlament seçkilərinin ikinci turunda qalib gələrək Milli Assambleyada 182 yer qazanıb.

Modern.az-ın məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

İkinci yeri prezident Emmanuel Makronun “Birgə” mərkəzçi koalisiyası (168 yer), üçüncü yeri isə 143 mandat almış ifrat sağçı Marin Le Pen və Cordan Bardellanın “Milli Birlik” (RN) partiyası tutub.
 

Seçkilərdə seçicilərin 66,63 faizi iştirak edib.


Beləliklə, heç bir siyasi qüvvə parlamentdə çoxluğu əldə edə bilməyib. Çoxları növbədənkənar parlament seçkilərinin ikinci turunda ifrat sağçıların “Milli Birlik” partiyasının əksəriyyəti əldə edəcəyini gözləsə də, bu, baş vermədi.

İndi Fransanın baş naziri Qabriel Attal istefa ərizəsini Emmanuel Makrona təqdim etməlidir. Bazar günü axşam isteva verəcəyini elan edərkən, o, seçkidən sonra yaranan siyasi qeyri-müəyyənlik müddətində xidmətini davam etdirməyə hazır olduğunu bildirib.

Makron hələlik rəsmi şərh verməyib.

Fransa parlamenti Milli Assambleyanın 577 deputatı var və əksəriyyət üçün 289 yer lazımdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
1
modern.az

2Источники