RU

Digər ölkələrParisdə solçuların mitinqi zamanı polis gözyaşardıcı qazdan istifadə edib

Parisin mərkəzində solçu Yeni Xalq Cəbhəsi tərəfdarlarının mitinqində baş verən iğtişaşları yatırtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

"Far.Az" xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Nümayiş Yeni Xalq Cəbhəsinin liderlik etdiyi növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələrinin açıqlanmasından sonra başlayıb.

Radikallar polisə daş və butulka atmağa başlayıb, daha sonra bir neçə adi və elektrikli velosipedi yandırıblar. Buna cavab olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Избранный
134
3
far.az

4Источники