RU

"Liverpul" qapıçısı ilə yollarını ayırdı - RƏSMİ

"Liverpul" rəsmi sosial şəbəkə hesablarında qapıçısı Adrianla yolları ayırdığını bəyan edib.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi ötən mövsüm 1 matça da çıxmayan qolkiperə ənənəvi qaydada uğurlar arzulayıb.

Ümumilikdə mersisaydlıların sıralarında 26 matça çıxan Adrian bu qarşılaşmalarda 36 qola üzülüb. Sözügedən "çərçivə" qoruyucusu  İngiltərə nəhəngində forma şansı qazandığı görüşlərin 7-də qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı 37 yaşlı ispaniyalı futbolçunun transfer qiymətini 600 min avro ilə dəyərləndirir.

Nihat

Избранный
104
fanat.az

1Источники