RU

Bakının ev sahibliyi etdiyi beynəlxalq şahmat festivalı başa çatıb

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən “Baku Open-2024” beynəlxalq şahmat festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, Bakı İdman Sarayında reallaşan tədbir 9 gün davam edən turnirin icmalını əks etdirən videoçarxla başlayıb.

AŞF-in prezidenti Mahir Məmmədov bildirib ki, belə yarışlar bütün yaş kateqoriyasında mübarizə aparan şahmatçıların sayının artmasında böyük rol oynayır.

Daha sonra qaliblərin mükafatlandırılması mərasimi baş tutub.

Xüsusi yer tutanlara mükafatları federasiya rəhbəri Mahir Məmmədov və AŞF-in vitse-prezidenti Faiq Həsənov təqdim ediblər.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının 100 illiyinə həsr olunan turnirdə Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları, eləcə də FIDE bayrağı altında yarışan iti zəka sahibləri iştirak ediblər.

Избранный
79
7
azertag.az

8Источники