RU

HƏMAS-a AĞIR ZƏRBƏ - Nazir müavini ÖLDÜRÜLDÜ

Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağının əmək nazirinin müavini İhab əl-Hüseynin ölümünü təsdiqləyib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

"HƏMAS Fələstin hökumətinin əmək nazirinin müavini İhab əl-Hüseynin ölümü ilə bağlı xəbərləri təsdiqləyib", - məlumatda deyilir.

HƏMAS Fələstinin əmək nazirinin müavini İhab əl-Hüseynin İsrailin Qəzzanı atəşə tutması zamanı öldürüldüyünü təsdiqləyib.

Qeyd olunub ki, onun həyat yoldaşı və bir neçə qızı daha əvvəl anklavda öldürülüb.

Məlumata görə, İhab əl-Hüseyn Fələstinin “Ar-Rai” xəbər portalının rəhbəri olub və 2020-ci ildən Qəzzada əmək nazirinin müavini vəzifəsini tutub.

Bundan əvvəl onun ölümü ilə bağlı məlumatı HƏMAS-a bağlı “Quds” portalı yayıb.

Musavat.com

Избранный
36
2
musavat.com

2Источники