RU

“Le Parisien”: Mbappenin zəif performansı Fransa seçkiləri ilə bağlıdır

“Fransa millisinin hücumçusu Kilian Mbappe Fransadakı seçkilərə görə ən yaxşı formada olmayıb”.

KONKRET.az xəbər verir ki, bu barədə “Le Parisien” analitik məlumatla çıxış edib.

Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda futbolçunun dəfələrlə əleyhinə çıxış etdiyi Marin Le Penin partiyası qalib gəlib. Bu, Myappeyə psixoloji təzyiq göstərib.

Həmçinin, futbolçu Avropa çempionatına hazırlaşarkən belində və dizində ağrılar hiss etməyə başlayıb ki, bu da onun oyununa təsir edib.

Mbappe Avro-2024-də penaltini dəqiq yerinə yetirərək bir qol vurub.

İyulun 5-də fransalı futbolçular turnirin 1/4 finalında Portuqaliya yığmasına qalib gəliblər. Əsas vaxt 0:0 hesabı ilə başa çatıb, əlavə vaxtda da futbolçular qol vurmayıb. Qarşıdurmanın nəticəsi fransızların daha güclü olduğu penaltilər seriyasında həll olunub – 5:3.

Yarımfinalda Fransa ev sahibi Almaniyanı mübarizədən kənarlaşdıran İspaniya ilə qarşılaşacaq.

2024-cü il Avropa çempionatı iyulun 14-dək davam edəcək. Hazırkı Avropa çempionu isə turnirin 1/8 finalında İsveçrəyə uduzaraq turnirdə iştirakını artıq başa vurmuş İtaliya komandasıdır.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
53
konkret.az

1Источники