RU

Qazaxıstan və Türkiyə musiqiçiləri Şəkidə çıxış ediblər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İpək Yolu Beynəlxalq Musiqi Festivalının sonuncu günü Heydər Əliyev Mərkəzində Türkiyə və Qazaxıstan musiqiçilərinin konserti ilə başlayıb.
Oxu.Az-ın məlumatına görə, TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən konsertdə Qazaxıstanın Xalq artisti Bəxtiyar Taylakbayev, istedadlı müğənni Lara Rısbay, eləcə də Türkiyənin "İnegöl" xalq rəqs qrupu Şəki ictimaiyyətinə canlı proqram təqdim edib.
@ruoxuaz 🇦🇿🇰🇿🇹🇷🎵 Музыканты из Казахстана и Турции выступили в Шеки. #fyp #azerbaijan #kazakhstan #turkey #musicfestival ♬ оригинальный звук - Oxu.az Новости Азербайджана
Qeyd edək ki, 2021-ci ildə İnegöldə yaradılan xalq rəqsləri qrupu ölkə daxilində və xaricdə keçirilən tədbir və festivallarda Türkiyəni uğurla təmsil edir. İnegöl, Bursa, Trabzon, Trakiya, İzmir, Artvin və digərləri daxil olmaqla 14 bölgənin rəqslərini uğurla səhnələşdirən qrupun repertuarı çox genişdir. Qrupun bədii rəhbəri Atilla Mertdir.
Tədbirdə Şəki Rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov, festivalın bədii rəhbəri, UNESCO-nun Sülh Artisti, bəstəkar Firəngiz Əlizadə, TÜRKSOY-un Azərbaycandakı daimi nümayəndəsi Elçin Qafarlı, Milli Məclisin deputatı Vüqar İsgəndərov, fəxri qonaqlar, eləcə də yerli sakinlər və turistlər iştirak ediblər.
Festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Burada bir sıra ölkələrdən, eləcə də Azərbaycandan məşhur musiqi kollektivləri və istedadlı musiqiçilər iştirak edirlər. Üç gün davam edəcək festivalda tamaşaçılara Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət müxtəlif konsert proqramları təqdim olunacaq.
{{qalereya}}
Firəngiz Ağalarova
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
29
50
oxu.az

10Источники