RU

Azərbaycan komandası Saraqosada 3 medal qazandı

5 və 6 iyul tarixlərində İspaniyanın Saraqosa şəhərində keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə qrup hərəkətləri Azərbaycan komandası üç dəfə fəxri kürsüyə qalxıb.

Futbolpress.az xəbər verir ki, belə ki, onlar çoxnövçülük proqramı üzrə hakimlərdən 72.000 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Ayrı-ayrı alətlər üzrə çıxışlarda isə 5 halqa proqramında qazandıqları 38.050 xal onları gümüş medala aparıb.

Millimiz üç lent və iki topla hərəkətlərdə də medal götürüb. Çıxışları 32.800 xalla qiymətləndirilən komandamız bu proqram üzrə də gümüş medala sahib olub. Beləcə, bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Saraqosada keçirilən beynəlxalq turnirə 3 medal qazanaraq yekun vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
4
futbolpress.az

10Источники