RU

Tbilisidə güclü külək və yağış şəhərə ziyan vurub

Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən başlayaraq əsən güclü külək və yağış ağacları aşırıb, şəhər infrastrukturuna ziyan vurub. SİA Tbilisi meriyasının məlumatına istinadən xəbər verir ki,qeyri-sabit hava şəraiti xüsusilə Samqori, Krtsanis və Saburtalin rayonlarına ziyan vurub.

Məlumata görə, fəsadların aradan qaldırılması istiqamətində Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidmətinin yerli əməkdaşları tərəfindən işlər aparılıb.

Şəhər rəhbərliyi dəyən ziyanı hesablayır.

Избранный
83
10
sia.az

10Источники