RU

“O cəza Merihə yox, Türkiyə xalqına verilib” – Ərdoğan


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) Türkiyə millisinin futbolçusu Merih Dəmiralı diskvalifikasiya etmək qərarını bütün türk xalqı üçün cəza hesab edir.
Yeniavaz.com
xəbər verir ki, Ərdoğan bu barədə Almaniyadan qayıdarkən təyyarədə jurnalistlərə açıqlaması zamanı danışıb.
“Qərbin bizə münasibəti bu günə qədər heç vaxt dəyişməyib. Qərb eyni zehniyyətlə davam edib və hələ də etməkdədir. Merih Dəmirala verdikləri cəza isə əvvəlcədən qərarı verilmiş cəzadır. Ard-arda vurulan qolların həyəcanından əfsanələrimizdə olan bozqurd işarəsini göstərən Merihə verilən bu cəza şəxsən Merihə yox, Türkiyə xalqına verilmiş bir cəzadır”, - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, Türkiyə millisinin futbolçusu Merih Demirala Avropa çempionatında Avstriya yığmasına vurduğu qoldan sonra göstərdiyi “bozqurd” işarəsinə görə 2 oyunluq cəza verilib.
Избранный
37
1
yeniavaz.com

2Источники