RU

Orbanın alyansı Avropa Parlamentində GÜCLƏNİR

Macarıstanın baş naziri Viktor Orbanın rəhbərlik etdiyi Avropa Parlamentindəki yeni ittifaqa Danimarka Xalq Partiyası və Flamand millətçi partiyası Vlaams Belanq (Flamand Maraqları) qoşulub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu da ona AP-də qrup statusu əldə etməyə imkan verir.

Qeyd edək ki, iyunun sonunda Viktor Orban Avstriyanın ifrat sağçı Azadlıq Partiyası (FPOe) və Çexiyanın keçmiş baş naziri Andrey Babişin mərkəzçi ANO ilə birlikdə “Yeni dövr” vəd edərək, Vətənpərvərlər Alyansı adlı yeni Aİ parlament qrupu yaratmaq niyyətini açıqlayıb.

Danimarka Xalq Partiyası və Vlaams Belanq şənbə günü qərarlarını açıqladıqdan sonra “Vətənpərvərlər” Avropa Parlamentində qrup statusu almaq hüququnu əldə ediblər. Bundan ötrü 7 ölkədən 23 deputatın həmin alyansa qoşulması lazım idi.

Daha əvvəl, Gert Vildersin Hollandiya Azadlıq Partiyası (PVV), Portuqaliyanın ifrat sağçı Chega (Yetər) partiyası və İspaniyanın “Vox” partiyası Orbanın ittifaqına qoşulmuşdu.

Macarıstan baş naziri tərəflərin bazar ertəsi Brüsseldə görüşəcəyini bildirib. O vaxta qədər Orban Fransada keçirilən parlament seçkilərinin ikinci turundan sonra Fransa Milli Rallisinin onun ittifaqına qoşulmağa qərar verib-vermədiyini biləcəyini söyləyib.

Le Pen Vətənpərvərlər Alyansına qoşulmağa qərar verərsə, 30 deputatı ilə birlikdə ibarət qrupdakı ən böyük siyasi qüvvəyə çevriləcək.

Matteo Salvininin rəhbərlik etdiyi İtaliya Liqası da yeni hərəkata maraq göstərsə də, iştirakını hələ təsdiqləməyib.

Musavat.com

Избранный
91
musavat.com

1Источники