İyulun 7-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Fəxrəddin Nəsirovla vida mərasimi keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.
Onun xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaqdır.
Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik!
Allah rəhmət eləsin!