RU

Paşinyan Azərbaycanla sərhədə - düz tikanlı məftillərin yanına gəldi və belə yazdı...-VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan dünən – iyulun 6-da Azərbaycanın  Qazax və Tovuz rayonlarıyla sərhəddə yerləşən Tavuş vilayətinə səfəri zamanı “Kirants” adlanan Güney kəndində yeni çəkilən yolda işlərin gedişi ilə tanış olub. Paşinyan bu haqda özünün telegram-kanalında video paylaşıb və yazıb ki, Kirantsa çəkilən yeni yol tezliklə hazır olacaq.
Moderator.az xəbər verir ki, bu haqda “Armtimes” və “Armenianreport” nəşrləri məlumat yayıb.
 
Məlumata görə, səfər zamanı baş naziri Tavuş qubernatoru Qalumyan və digər məsul şəxslər müşayiət edib.
 
Güney kəndində yeni yolun çəkilməsi zərurəti Tavuş vilayətinin və Qazax rayonunun bəzi ərazilərində Ermənistanla Azərbaycan arasında sərhədin müəyyənləşdirilməsi istiqamətində aparılan işlərdən sonra yaranıb.
 
Məlumatda yeni yolun Ermənistandan Gürcüstana gedən marşrutda yerləşən körpünün delimitasiya nəticəsində Azərbaycanın nəzarətinə keçəcəyi səbəbindən tikildiyi bildirilir.
 
Ermənistanın hökumət başçısı İcevan-Noyemberyan avtomobil yolunun Güney(Kirants) və Açarkut kəndləri ərazisindəki dolama hissəsinin tikintisi ilə tanış olub, Ermənistan-Azərbaycan sərhədi hissəsinə baş çəkib.
 
Baş nazir Kirants kəndinə səfəri zamanı Ermənistan və Azərbaycan arasında təchiz olunmuş sərhədin beton dirəklərə tikanlı məftillərin çəkildiyi hissəsinə də baxıb. Dövlət sərhədinin bəzi hissələrini mühafizə edən Milli Təhlükəsizlik Xidmətinin müvafiq bölməsinin əməkdaşları ilə görüşüb.
MTX Sərhəd Qoşunlarının Baş Qərargah rəisi, polkovnik Edqar Hunanyan baş nazirə əməliyyat vəziyyəti barədə məruzə edib. Məruzədə bildirilib ki, cari gün ərzində sərhəd qoşunlarının mühafizəsi altında olan dövlət sərhədi zolağında dövlət sərhədinin pozulması, fövqəladə hallar və qəzalar baş verməyib.
 
S.Laçın
 
Избранный
152
1
moderator.az

10Источники