Almaniyada təşkil olunan Avropa çempionatında bu gün 1/4 finalın son oyunlarına yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, 1/4 finalın son qarşılaşmasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək.
1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.
Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.
23:00. Niderland - Türkiyə
Baş hakim: Klement Turpin (Fransa).
Berlin, Olimpiya stadionu.