RU

"Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur, amma bu pulun..." — AÇIQLAMA

Elm və Təhsil naziri Emin Əmrullayev Azərbaycanda ümumtəhsil məktəblərində adambaşı maliyyələşmə sisteminə keçidin planlaşdırıldığını bildirib. Həmçinin, qeyd edib ki, bu, bir neçə orta məktəbdə pilot layihə kimi həyata keçiriləcək və sınaq uğurlu olsa, sözügedən layihənin əhatə dairəsi genişləndiriləcək. 
 
Bəs, yeni sistemin mahiyyəti nədir və hansı üstünlükləri var?
 
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, adambaşına maliyyələşmə o deməkdir ki, dövlət hər şagirdə görə məktəbə maliyyə ayırır, yəni hər şagirdin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. 
 
Kamran Əsədovun sözlərinə görə, orta məktəblərdə adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək:
 
 
Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir. UNESCO-nun 2023-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin 3/4 hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir. Şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əmək haqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid öz-özlüyündə rasionallaşdırma tələb edir. Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur. Bu yeniliyin mahiyyəti odur ki, şagirdin arxasınca maliyyə gəlsin. Yəni bu halda məktəblər daha çox şagird cəlb etməkdə maraqlı olacaqlar. Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur. Amma bu pulun necə sərf olunması məlum deyil. Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır”.
 
Təhsil eksperti qeyd edib ki, bu sistem təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrundaməktəblər arasında rəqabət yaradır: 
 
“ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyin həmin pulu istədiyi məktəbə və müəllimə yatırır. Bu, məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır. Birləşmiş Ştatlarda hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayırılır. 12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır. Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır. Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır”.
 
Demokrat.az 
Избранный
40
6
moderator.az

5Источники