Avro-2024-ün 1/4 finalında bu gün keçiriləcək İngiltərə - İsveçrə oyunu üçün start heyətlər müəyyənləşib.
Sfera.az xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matçdameydana aşağıdakı tərkibdə çıxacaqlar:
İngiltərə: Pikford, Uolker, Stounz, Konsa, Trippyer, Maynu, Rays, Bellinqem, Foden, Saka, Keyn.
İsveçrə: Sommer, Şer, Akanji, Rodriqes, Ebişer, Froyler, Caka, Rider, Varqas, Embolo, Ndoye.
***
İngiltərə - İsveçrə oyunu başladı.
***
Embolo 75-ci dəqiqədə İsveçrəni hesabda önə keçirdi: 0-1.
***
Saka 80-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.
***
Əsas vaxtda qalib müəyyən olunmadığı üçün əlavə 30 dəqiqə oynanılır. Burada da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət ediləcək.
***
İngiltərə - İspaniya matçı 1-1 hesabı ilə yekunlaşdı. Hazırda penalti zərbələri yerinə yetirilir.
***
İngiltərə İsveçrəyə penalti zərbələrində (5-4) qalib gələrək yarımfinala yüksəldi.