RU

Fransa tikan üstündə: “İfrat sağçılar hakimiyyətə gəlməyə tələsirlər”

Fransalı tarixçilər ifrat sağçı Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasına (MN) qarşı birgə bəyanat dərc ediblər.

"Cebhe.info" xəbər verir ki, minə yaxın tarixçinin imzaladığı açıq məktubda bazar günü keçiriləcək seçkilərin ikinci turunda ifrat sağçıların yüksəlişini dayandırmağa dair çağırış edilib.

Demokratik dəyərlərə və qanunun aliliyinə sadiqliyi bölüşən müxtəlif siyasi baxışlardan olan tarixçilərin yazdığı bəyannamədə aşağıdakı ifadələr yer alıb:

"İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq ifrat sağçılar Fransada gücün qapısındadır. Biz tarixçilər olaraq, müqavimət göstərmək imkanlarımız olduğu halda, bu hal qarşısında səssiz qala bilmərik".

Sosial azadlıqların da məhdudlaşdırılacağı vurğulanan açıqlamada bildirilib ki, təhlükənin fərqində olmaq üçün uzaq keçmişə baş vurmağa ehtiyac yoxdur:

"Hər yerdə ifrat sağçılar hakimiyyətə gəlməyə tələsirlər. Lakin Marine Le Pen və Jordan Bardella açıq şəkildə bizə layihələri haqqında bir fikir verir. Belə ki, fərqli fikirlər susdurulur, mətbuat azadlığı məhdudlaşdırılır"

Избранный
115
cebheinfo.az

1Источники