RU

"Zirə"nin yeni transferi: "Güclü rəqabətin olduğu klubdayam"

"Zirə"nin bu yay "rənglərinə bağladığı" yeni futbolçulardan biri də Aydın Bayramovdu. Ötən mövsüm "Turan Tovuz"un formasını geyinən qokiper 2024/25 "futbol ili"ndə "qartallar"ın uğurları üçün çalışacaq. Sport24-az-a müsahibə verən 28 yaşlı "çərçivə qoruyucusu" həm hazırlıq prosesini dəyərləndirib, həm də "Şerif"lə qarşıdakı  Avroliqa matçı barədə fikirlərini bölüşüb.
 
- Toplanış necə gedir? - Hər şey qaydasındadı. Məşqlərdə maksimum çalışırıq. Komanda şəklində tam hazır olmaq üçün yaxşı şəraitimiz var.
 
- "Zirə"yə tam uyğunlaşmısan?- Adaptasiya çox da uzun çəkmədi. Artıq qaynayıb-qarışmışıq.
 
- "Qartallar"ın qapı xətdində ciddi rəqabət var. Sənə çətin olmayacaq? - "Zirə"nin qapıçıları arasında sağlam ab-hava var. Şadam ki, mən də bu mühitin bir parçası oldum. Rəqabətdən heç vaxt qorxmamışam. Əksinə, xoşdu ki, mövqe üzrə güclü rəqabətin olduğu klubdayam.
 
- Qarşıda sizi "Şerif"lə 2 ağır oyun gözləyir... - "Şerif" zəngin avrokubok təcrübəsi olan komandadı. Ona görə də nə qədər güclü rəqibə qarşı oynayacağımızın fərqindəyik. Buna baxmayaraq sona qədər mübarizə aparıb, uğur qazanacağımıza inanıram.
 
- AVRO-2024-də hansı yığmaya azarkeşlik edirsən? Finalda kimi görürsən?- Türkiyə millisinə azarkeşlik edirəm. Fikrimcə, bizə qardaş ölkənin millisi çoxlarının gözləmədiyi halda qrupdan çıxdı. İstərdim onlar daha da irəli getsin, ən azı yarımfinalda oynasınlar. Finalda isə İspaniya - İsveçrə cütünü görürəm.
ABDULLA İSMAYILOĞLU

Избранный
75
sport24.az

1Источники