RU

"Hazırkı "Şerif "Zirə" üçün qaranlıq qutu kimidir"

"Şerif" heyətini gücləndirmək yolunda addımlar atır.

Qarşılaşmaya ciddi hazırlaşırlar., görünən odur ki, qarşılarına mərhələ adlamaq hədəfi qoyulub.

Bu baxımdan "Zirə" üçün çətinlik yarana bilər. Ona görə də rəqib qaranlıq qutu kimidir".

Bu fikirləri Sportinfo.az-a açıqlamasında milli komandamızın məşqçisi Arif Əsədov Avropa Liqasının 1-ci mərhələsinin "Şerif" - "Zirə" matçını dəyərləndirərkən deyib.

Amma təcrübəli mütəxəssis hər şeyə rəğmən təmsilçimizin də mərhələ adlamaq üçün yaxşı şansları olduğunu sözlərinə əlavə edib:

"Zirə" mövsümü ikinci pillədə tamamladı. Yeni transferlər heyətə cəlb olunub. Komandada yaxşı ruh yüksəkliyi var. Bütün bunlar "Zirə"nin xeyrinədir.

Açığı, şanslar barədə nəsə demək çətindir. Məncə, ilk oyundan sonra hansısa fikir yürütmək daha rahat olacaq".

Əsədov "qartallar"ın yay fasiləsində heyətinə qatdığı yeni transferlərdən də söz açıb:

"Zirə"nin bəzi transferləri tanış simalardır. David Volkov daha əvvəl komandada olub. Sistemə uyğun futbolçu olduğu üçün Rəşad Sadıqov onun transferinə razı olub.

Digər yeni transferlərin isə sırf Avropa Liqası üçün gətirildiyinə inanmıram. Daha çox çempionat üçün hesablanıb. Sonda komandamıza Avropa arenasında uğurlar arzu edirəm".

XANOĞLAN

Избранный
55
sportinfo.az

1Источники