RU

Sabiq futbolçusu "Turan Tovuz"un hazırkı baş məşqçisini təriflədi

İsrail millisinin sabiq futbolçusu Bibras Natxo "Turan Tovuz"un hazırkı baş məşqçisi Kurban Berdıyev haqda danışıb. Sport24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, veteran futbolçu, jurnalistin "Berdıyev yüz yaşına qədər məşqçilik edə bilərmi" sualına cavab verib:
 
"Bəli. Berdıyev özünü tamamilə futbola həsr edib. Həftənin 7 günü, 24 saat bununla məşğul olur. O, ən xırda detallara fikir verir. Ona görə də, əminliklə deyə bilərəm ki, o, karyeramdakı ən yaxşı məşqçidir. Ona ən yaxşısını arzulayıram!"
 
Berdıyev əvvəllər Rusiyada "Rubin, "Rostov" kimi komandaları çalışdırıb. O, bir neçə həftə əvvəl "Turan Tovuz"un baş məşqçisi təyin olunub.

Избранный
18
1
sport24.az

2Источники