RU

Yeni dövlət qurulur: müstəqilliyini elan etmək üzrədir

Qrenlandiya yavaş-yavaş Danimarkadan ayrılaraq müstəqilliyini elan etməyə doğru irəliləyir.

Publika.az xəbər verir ki, Qrenlandiya iyunun əvvəlində konstitusiya layihəsini təqdim edib. Bu gün Rusiya ilə ABŞ arasındakı münaqişə strateji yerləşdiyi adanı daha da vacib edir. Bununla belə, Qrenlandiyanın keçəcəyi yol bəlli olsa da, onun tam suverenlik məqsədinə nə vaxt çatacağı, hətta olub-olmayacağı dəqiq deyil.

1950-ci illərin əvvəllərindən bəri ABŞ Hərbi Hava Qüvvələri adanın şimal-qərb ucunda yerləşən “Thule” bazasında fəaliyyət göstərir. Arktika Dairəsindən 1200 kilometr şimalda yerləşən bu baza ABŞ silahlı qüvvələrinin ən şimal bazasıdır. Əvvəlcə Strateji Hava Komandanlığının əfsanəvi “B-52” bombardmançıları üçün tikilən baza illər ərzində erkən xəbərdarlıq raketdən müdafiə sisteminin əsas hissəsinə çevrilib. “Thule” 2020-ci ildə ABŞ Kosmik Qüvvələrinə inteqrasiya edilib.

NATO-nun qurucu üzvü olan Danimarka ABŞ-ın Qrenlandiyadakı hərbi obyektlərinə hüquqlar verməklə razılaşır, hətta bəzi hallarda yerli sakinlərin zorla çıxarılmasına razılıq verir. Danimarka tərəfinin yeganə tələbi onun bayrağının ABŞ bayrağının yanında dalğalanması olub.

Избранный
44
publika.az

1Источники