RU

Bakıda yeniyetmələr moped oğurladılar

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə iyulun 5-də S.Bəhlulzadə küçəsində qeydə alınıb.

Belə ki, küçədən moped oğurlamaqda şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
 

Избранный
279
12
7news.az

10Источники