RU

Luis de la Fuente Almaniya yığması üzərində qələbəni şərh etdi

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün 1/4 finalında Almaniya yığması üzərində qələbəni şərh edib.

Arena.az xatırladır ki, İspaniya yığması Avropa çempionatının ev sahibi Almaniya yığmasını oyunun əlavə vaxtında 2:1 (əsas vaxt 1:1) hesabı ilə məğlub edərək, yarışın yarımfinalına yüksəlib.

“İndi əldə etdiklərimizi qiymətləndirmək və bu məqamdan həzz almaq zamaıdır. Fiziki olaraq, yaxın bir neçə gün ərzində necə tərəqqi edə biləcəyimizi görəcəyik. Əminəm ki, bütün futbolçularım yarımfinala hazırdırlar. Onlar çox yüksək səviyyədə oynayırlar.

Futbolçularım doyumsuzdurlar. Mən belə futbolçuları çalışdırmağımla fəxr edirəm. Onların bir çoxunu çoxdan tanıyıram. Onlar ən yüksək səviyyədə yarışmağa adərkardırlar və yarışda qalib gəlmək imkanları var. Bu komanda həmişə mübarizə aparacaq. Əlbəttə ki, təkmilləşdirmə üçün həmişə əsas var, amma biz onların qürurunu, keyfiyyətini və fədakarlığını şübhə altına ala bilmərik.

Bu, tarixi bir axşamdır. Ölkəmizi təmsil etməkdən qürur duyuram. Nə qədər irəli gedəcəyimizi görəcəyik, amma bu komanda ilə uğur qazanacağımıza tamamilə əminik” – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Yarımfinal mərhələsində İspaniya yığması Fransa yığması ilə qarşılaşacaq.

Избранный
104
arena.az

1Источники