RU

Türk dünyası uğrunda mübarizə başladı: ABŞ Zəngəzuru niyə istəyir?

“Zəngəzur dəhlizi Rusiyaya yox, ABŞ-a lazımdır”.

Turkustan.az xəbər verir ki, bunu ABŞ-dakı erməni diasporasının aktiv üzvlərindən biri, “Kaliforniya Kuryer” qəzetinin redaktoru Arut Sasunyan deyib.

“Uzun zamandır ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin Rusiyaya lazım olduğunu deyir. İndi biz görürük ki, bu belə deyil. Məhz ABŞ böyük səylə Zəngəzur dəhlizini müdafiə edir, çünki ABŞ Türkiyə, Azərbaycan və digər türk dövlətlərinin Rusiyadan yan keçməklə bir-biriylə bağlanmasını istəyir. ABŞ istəyir ki, Rusiyanın dünyada rolu zəifləsin və məhz buna görə onlar rusları Ermənistandan göndərməyə çalışırlar” – deyə o bildirib.

Sasunyana görə, ABŞ-ın Ermənistanda marağı yoxdur və yeganə hədəfi bu Qafqaz ölkəsini Rusiyadan qoparmaqdır:

“Ərdoğan Putinlə nə qədər yaxınlaşsa da,ABŞ böyük səy sərf edəcək ki, əlində olanları saxlasın. Türkiyə və Azərbaycan ABŞ və Avropa üçün çox vacib ölkələrdir, Ermənistan isə o qədər də vacib deyil. Onların isə Ermənistanda marağı yoxdur, istəyirlər sadəcə ruslar getsinlər”./globalinfo.az/

Избранный
169
44
turkustan.az

10Источники