RU

Azərbaycan millisinin müdafiəçisi ayda 10000 alacaq

Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə “Araz-Naxçıvan”la müqavilə bağlayıb.
Onunla anlaşmanın müddəti 1 ildir.
Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub. Ötən mövsümü Türkiyənin I Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar karyerasına “Sumqayıt” da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.
“Şamaxı”, “Səbail” və “Turan Tovuz” da adıçəkilən müdafiəçinin xidmətində maraqlı idi. O, təkliflər arasında ən yaxşı maliyyə şərtləri irəli sürən klubu seçib. Bəxtiyar Muxtar Respublika təmsilçisindən aylıq 10 min manat maaş alacaq.
“Araz-Naxçıvan” B.Həsənalızadəyə qədər Tərlan Əhmədli, Urfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço Küzmanoviçlə müqaviləni yeniləyib.
SPORTİNFO.AZ

Избранный
123
15
sportinfo.az

10Источники