RU

Almaniya XİN rəhbərinin Macarıstana səfəri ləğv olunub

Almaniyanın xarici işlər naziri Annalena Berbokun Macarıstana səfəri ləğv olunub.

Olaylar bu barədə xarici KİV-ə istinadən xəbər verir.

KİV yazır ki, səfərin ləğv olunmasına Almaniya kansleri Olaf Şoltsun Macarıstanın baş naziri Viktor Orbanın Moskvaya səfərini tənqid etməsi səbəb olub.

Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban iyulun 5-də Moskvaya səfər edib və Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Bu, 2022-ci ilin aprel ayından sonra ilk Qərb liderinin Rusiyaya səfəri olub. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
66
3
olaylar.az

4Источники