RU

Türkiyə klubundan ayrılan futbolçu "Araz-Naxçıvan"da - RƏSMİ

Türkiyənin “Tuzlaspor” klubundan ayrılan Bəxtiyar Həsənalızadə karyerasını “Araz-Naxçıvan”da davam etdirəcək.

Prosport.Az xəbər verir ki, mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti 1 ildir. O, Premyer Liqanın 2024-2025-ci illər mövsümündə “qırmızı-ağlar”ın heyətində yer alacaq.

Tibbi müayinədən keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub

B.Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodrigeş, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə, Ramin Nəsirli və Miço, Kuzmanoviçlə müqavilənin müddətini yeniləyib.

Избранный
45
17
prosport.az

10Источники