RU

Çempionlar Liqası: “Qarabağ”ın cavab oyununun vaxtı açıqlanıb

Çempionlar

Bakı, 6 iyul, AZƏRTAC

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi cavab oyununun vaxtı açıqlanıb.

AZƏRTAC UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bakıda oynanılacaq qarşılaşma iyulun 30-da reallaşacaq. Tofiq Bəhramov adın Respublika Stadionundakı görüş saat 20:00-da start götürəcək.

Ağdam klubu bu mərhələdə “Hamrun Spartans” (Malta) – “Linkoln” (Cəbəllütariq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçları iyulun 23-24-də, cavab oyunları isə 30-31-də olacaq.

Избранный
93
14
azertag.az

10Источники