RU

Metro və avtobusdan istifadə pulsuz olacaq - Bu şəxslər üçün

Metro

“İctimai nəqliyyatda qiymətlər artdıqdan sonra onlarla insan güzəşt edilməsi ilə bağlı mənə müraciət edib”. Ulusum.az xəbər verir ki, bu barədə deputat Razi Nurullayev danışıb.O, sosial şəbəkələr üzərindən araşdırmalar apardığını bildirib. “Dünyanın bir çox ölkələrində tələbələr, həssas təbəqə və yaşlı insanlar üçün güzəştlər nəzərdə tutulur. Elə qonşu Türkiyədə də bu praktikadan geniş istifadə olunur. Mənə elə gəlir ki, bu gün Azərbaycanda həssas təbəqələrdən biri yaşlı insanlar, ikincisi də tələbələrdir. Ona görə də, tələbələrə 50 faiz güzəşt, yaşlılara üçün isə pulsuz nəqliyyatdan istifadə etmə imkanları yaradılmalıdır. Hamımız bilirik ki, yaşlı insanların qayğıya ciddi ehtiyacı var”, deyə deputat vurğulayıb.Deputat Vahid Əhmədov isə bildirib ki, avtobus və metroda gedişhaqqı artırıldıqdan sonra güzəşt məsələsi gündəmə gəlib. Bazar iqtisadiyyatı sistemində belə məsələlər bir o qədər də müsbət qəbul olunmur. "Amma bunu etmək üçün mütləq mənbə göstərilməlidir. İkincisi də hesablama aparılmalıdır ki, bunun üçün nə qədər vəsait tələb olunduğu dəqiq bilinsin”,V.Əhmədov məsələyə münasibətini şərh edib.

Diqqət Çəkənlər

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir

Bakıda narkokuryerlik edən kişi və qadın saxlanıldı

Prezident Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib

Избранный
79
12
ulusum.az

6Источники