RU

Nazir: TDT-yə üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir

Nazir:

Bakı, 6 iyul, AZƏRTAC

Fəxarət hissi ilə qeyd etmək istərdik ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü Azərbaycanın Qarabağ torpağında baş tutan ilk yüksək səviyyəli Zirvə toplantısıdır. Şuşada keçirilən ilk yüksək səviyyəli toplantının doğma ailəmiz Türk Dövlətləri Təşkilatının tədbiri olması təbiidir. Məlum olduğu kimi, Zirvə görüşü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü keçirilən sayca üçüncü qeyri-rəsmi fövqəladə Zirvə görüşüdür.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında deyib.

“Hesab edirəm ki, bu kimi təşəbbüslər dövlət başçılarımızın tez-tez görüşməsinə və qarşılıqlı maraq kəsb edən məsələlərin müzakirəsinə böyük töhfə verir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətinin ən əsas prioritetidir”, - deyə xarici işlər naziri vurğulayıb.

Избранный
47
6
azertag.az

7Источники