RU

“Hamıya dostluq əli uzadacam”– İranın yeni prezidenti

İranda prezident seçkilərinin ikinci turunda qalib gələn Məsud Pezeşkian ölkədəki bütün qüvvələrlə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Azpost.info xəbər verir ki, o, hamını ölkənin inkişafına cəlb edəcəyinə söz verib.

“Hamıya dostluq əli uzadacam, hamını ölkənin inkişafına cəlb edəcəm. Rəqiblər mənim qardaşlarımdır”, – Pezeşkian deyib.

30,530 milyon bülletenin nəticələrinə əsasən, Pezeşkiyan 16,384 milyon səs (53,6 faiz) toplayıb. Onun rəqibi, mühafizəkar Səidə Cəlili isə 13,538 milyon səs yığa bilib.

Azpost.info

Избранный
52
azpost.info

1Источники