RU

Ceyhun Bayramov TDT-dən olan həmkarlarını Ermənistanla normallaşma prosesinin faktiki vəziyyəti barədəMƏLUMATLANDIRDI

Xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri, eləcə də Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.

Həmçinin TDT-nin gücləndirilməsi təşəbbüslərini, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivlərini vurğulanıb.

Избранный
101
42
redaktor.az

10Источники