RU

Bayden Trampla debat gününü "uğursuz gecə" adlandlrdı

İyunun 27-si tarixli debatdakı çıxışından sonra ilk televiziya müsahibəsini verən ABŞ Prezidenti Cozef Bayden uğursuzluğa görə bütün məsuliyyəti öz üzərinə götürüb və xəstə olduğu üçün debatın nəticələrinin pis olduğunu açıqlayıb.

Teleqraf.com ABC kanalına müsahibəsində Bayden dəfələrlə debatın baş tutduğu günü “pis gecə” adlandırıb. “Bu pis epizoddur. Heç bir ciddi vəziyyət yoxdur. Mən yorulmuşdum. Hazırlaşmaq baxımından hisslərimə qulaq asmadım və gecə pis keçdi”,- deyə ABŞ Prezidenti bildirib. O, hazırlaşmaq üçün “Kemp Devid”də keçirdiyi bir neçə gün özünü pis hiss etdiyini və ciddi şəkildə soyuqladığını vurğulayıb.


Müəllif: Teleqraf.com
Избранный
37
2
teleqraf.com

2Источники