RU

İranda keçirilən prezident seçkilərində Pezeşkiyan qalib gəlib

İranda keçirilən prezident seçkilərində islahatçı keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan qalib gəlib. Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının rəsmi nümayəndəsi Möhsün Eslami məlumat verib. Onun "IRIB" telekanalında bildirdiyi kimi, 30,530 milyon bülletenin hamısının sayılmasından sonrakı nəticələrə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkiyan 16,384 milyon səs toplayıb - ümumi səsin ən azı 53,6 faizi. İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb. İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib. Qadir, Bizimyol.info

Избранный
29
35
bizimyol.info

7Источники