RU

İranda xalqın seçimi Pezeşkian olub

Bakı. Trend:

İranda keçirilən növbədənkənar prezident seçkilərinin qalibi“İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian olub.

Trend-inməlumatına görə, bunu İranın Daxili İşlər Nazirliyi yanında SeçkiQərargahının sözçüsü Möhsün Eslami mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən gün keçirilən seçkilərdə ümumilikdə30,5 milyon seçici səsvermədə iştirak edib. 2-ci tur seçkilərdəseçici fəallığı 49,8% təşkil edib.

Eslami deyib ki, səsverməyə əsasən Məsud Pezeşkian təxminən 16,4milyon və Səid Cəlili 13,5 milyon səs toplayıb.
Əlavə edək ki, ötən gün İranda 14-cü çağırış prezident seçkilərinin2-ci turu keçirilib. İranda prezident seçkiləri ilə əlaqədar ölkədaxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiqsəhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi MəsudPezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli TəhlükəsizlikŞurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentininsədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlikrəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.

Избранный
71
13
az.trend.az

10Источники