Bu gün Avro-2024-də 1/4 final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə nəzərdə tutulan iki görüşdən biri başa çatıb.
İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Erkən final adlandırılan bu oyunda əsas vaxt 1:1 hesabı ilə başa çatıb.
Əlavə vaxtda daha bir qol vuran İspaniya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.