Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi nümayəndəsi Şeremetyevoya uçan 9 təyyarənin alternativ aerodromlara getdiyini bildirib.
Bu barədə TASS yazır.
“Moskva vaxtı ilə saat 20:20-yə olan məlumata görə, Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanları normal rejimdə işləyir. Əvvəllər Şeremetyevoya uçan doqquz təyyarə pis hava şəraitinə görə alternativ aerodromlara gedirdi”, – agentliyin həmsöhbəti qeyd edib.
Bildirilir ki, beş təyyarə Striginoya, ikisi Vnukovoya, biri isə Domodedovo və Pulkovoya gedib.
Həmçinin bildirilir ki, ekspertlər Moskva vilayətində hava nəqliyyatında monitorinqi gücləndiriblər.
Bundan əvvəl paytaxtın kommunal xidmətlər kompleksi xəbərdarlıq etmişdi ki, yaxın saatlarda Moskvanı daha güclü leysan və tufan dalğası vura bilər.
DOĞRU.AZ