"Yuventus" italiyalı qapıçını icarə əsasında heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, klub Mikele Di Qreqorionu transfer edib. 26 yaşlı qolkiperlə 2029-cu ilin yayınadək müqavilə imzalanıb. 

Turin təmsilçisi icarə haqqı olaraq 4.5 milyon avro "Montsa" klubuna ödəyəcək.