Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün 1/4 final mərhələsinin oyunları start götürəcək.
Fanat.Az xəbər verir ki, günün ilk matçında erkən final baş tutacaq.
Erkən final adlandırılan İspaniya - Almaniya görüşü Ştutqart şəhərindəki "MHP Arena"da keçiriləcək.
Günün növbəti qarşılaşmasında isə Portuqaliya və Fransa milliləri üz-üzə gələcəklər. Bu oyun Hamburqdakı “Folksparkştadion"da baş tutacaq.
Qeyd edək ki,1/4 finalın digər iki görüşü sabah, iyulun 6-da baş tutacaq.
AÇ-2024
1/4 final
5 iyul
İspaniya - Almaniya 0:0 (fasilə)
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart, "MHP Arena".
23:00. Portuqaliya - Fransa
Baş hakim: Maykl Oliver (İngiltərə).
Hamburq, “Folksparkştadion".