RU

Britaniyanın xarici işlər naziri postuna yeni TƏYİNAT

Böyük Britaniyanın baş naziri Keir Starmer Devid Lemmini yeni Leyboristlər hökumətinə xarici işlər naziri vəzifəsinə təyin edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Bəyanatda qeyd edilib.

"Kralın təsdiqi ilə Devid Lemmi Xarici İşlər Naziri təyin edilib", - bəyanatda deyilir.

Qeyd olunur ki, Lemmi Starmerin komandasına 2020-ci ildə, sonuncu Leyboristlər Partiyasının lideri seçildikdən dərhal sonra qoşulub. 

O, bu vəzifəyə yüksəlməzdən əvvəl 2020-2021-ci illərdə ədliyyə nazirinin katibi vəzifəsində çalışıb.

Bizim.Media

Избранный
91
bizim.media

1Источники