RU

Camal Musiala: “AÇ-də fərdi mükafatlar haqda düşünmürəm”

Almaniya millisinin yarımmüdafiəçisi Camal Musiala AÇ-2024-ün ən yaxşı oyunçusuna verilən mükafata sahib ola bilməsi ehtimalı haqda danışıb.

Arena.az xəbər verir ki, gənc futbolçu AÇ-2024-ün 1/4 finalında İspaniya yığması ilə oyun ərəfəsində bu haqda sualı belə cavablayıb:

“Mən bu barədə düşünmürəm. Mən sadəcə bu ruhda davam etmək istəyirəm. Sadəcə var gücümü ortaya qoymaq, komandaya qol vurmağa və yaxşı çıxış etməyə kömək etmək. Əsas məqsəd – Avropa çempionatını qazanmaqdır. Yalnız bundan sonra biz fərdi mükafatlar alacağıq. Mən bütün diqqətimi İspaniya yığmasını məğlub etməyə, yarımfinala yüksəlməyə və komanda olaraq irəliyə doğru növbəti addımları atmağa yönəltmişəm”, deyə Musiala vurğulayıb.

AÇ-2024-ün 1/4 final mərhələsinin İspaniya – Almaniya oyunu bu gün, iyulun 5-də Ştutqartın “Mersedes-Bents Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Xatırladaq ki, “Sauthempton” və “Çelsi”nin futbol akademiyalarından da keçmiş Camal Musiala 2019-cu ilin yayından “Bayern”də çıxış edir. Onun Almaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

2023/2024 mövsümündə Musiala “Bayern”in heyətində 38 oyun keçirib. O, bu oyunlarda 12 qol vurub və 8 məhsuldar ötürmə verib. Musiala 2023/2024 mövsümündə münhenlilərlə Bundesliqanın qalibi olub. Musialanın “Bayern” karyerası bütövlükdə 163 oyun, 43 qol və 31 məhsuldar ötürmədən ibarətdir.

Camal Musiala 2021-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 33 oyun keçirib. O, bu oyunlarda 5 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı Camal Musialanı 120 milyon avro məbləğində qiymətləndirir.

Избранный
140
arena.az

1Источники