RU

"Şerif"lə oyun öncəsi "Zirə"nin düşərgəsindən pozitiv AÇIQLAMA

Azərbaycan klubları üçün avrokuboklar həyəcanı bu yay "Zirə" ilə start götürəcək.

Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə qoşulacaq "qartallar"ın rəqibi "Şerif"dir.

Moldovada keçiriləcək ilk matç üçün hazırlığın sonuncu həftəsindəyik.

Maraqlıdır, hazırda Türkiyədə təlim-məşq toplanışında olan komandamızın düşərgəsində son durum necədir? Zədəli, hər hansı səbəbdən oyunu buraxacaq kimsə varmı?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə saytımıza açıqlamasında bunları dedi:

"Düşərgədə vəziyyət sabitdir. Hamı qarşıdakı oyuna hazırlaşır. Heyətdə hər hansı itki yoxdur. Hər kəs məşqlərdə iştirak edir. Hər hansı narahatlıq yoxdur".

Klub rəsmisi səfər oyununda komandamızı dəstəkləyəcək azarkeşlərin olub-olmayacağı barədə unvanladığımız suala isə belə reaksiya verib:

"Komandamız səfər meydanında dəstəksiz qalmayacaq. Artıq indidən bizə müraciət edən azarkeşlər var. Amma say olaraq dəqiq nəsə deyə bilməyəcəm. Bu yöndə danışıqlar davam edir".

"Zirə” və “Şerif” arasındakı matçlar iyulun 11-i və 18-də baş tutacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
59
sportinfo.az

1Источники