RU

Mbappe: “Ronaldo əfsanədir, amma Fransa qələbə istəyir”

Fransa yığmasının kapitanı Kilian Mbappe AÇ-2024-ün 1/4 finalında Portuqaliya millisi ilə qarşıdakı oyundan danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən, fransalı ulduz hücumçunun bu barədə fikirlərini təqdim edir:

“Mən gələcəkdən xəbər vermirəm. İndiyə qədər bütün mərhələləri keçə bilmişik. Biz iddialarımızı nümayiş etdirərək, qələbəyə oynamışıq. Hazırda biz yalnız Portuqaliya yığması üzərində diqqətimizi cəmləmişik.

Avropa çempionatında sərt rəqabət var. Burada ancaq böyük komandalardır, hər şey xüsuslardan asılı olacaq. Onlar da çox çalışıblar. Yarımfinala vəsiqəmizi istəyirik. Məşqdə hər şey əla gedir. Biz hazırıq”, deyə Mbappe bildirib.

Fransalı ulduz Portuqaliya yığmasının ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo haqda da fikirlərini ifadə edib:

Bu, böyük şərəfdir, hamı bilir ki, mən bu oyunçuya nə qədər heyranam. Biz həmişə əlaqədəyik. O, futbol əfsanəsi olaraq qalacaq, amma sabah (arıtq bu gün – redaktorun qeydi) qalib gələcəyimizə ümid edirik.

Ronaldoya həsəd aparırammı? Başa düşmək gərkdir ki, onu qiymətləndirirlər, o, müstəsna oyunçudur və nailiyyətləri öz sözünü deyir. Ona ancaq hörmət bəsləyirəm”, deyə Mbappe vurğulayıb.

Xatırladaq ki, AÇ-2024-ün ¼ final mərhələsinin Portuqaliya – Fransa oyunu bu gün, iyulun 5-də Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Избранный
133
arena.az

1Источники